Türkçü Toplumcu Fikirmeydanı

Türkçü Toplumcu Fikirmeydanı (http://www.turkcutoplumcu.org/fikirmeydani/index.php)
-   Türk Dünyasından Haberler (http://www.turkcutoplumcu.org/fikirmeydani/forumdisplay.php?f=77)
-   -   Hapishanadan Muhendis Amani"nin Ölüme Agittir (S.Muganli) (http://www.turkcutoplumcu.org/fikirmeydani/showthread.php?t=7812)

Savalan 11-06-2008 18:40

Hapishanadan Muhendis Amani"nin Ölüme Agittir (S.Muganli)
 
Səid Muğanlının şəhid Qulamrza Əmani üçün dustaqdan yolladığı yazı
11/4/2008

http://www.gamoh.biz/haberresim/SeidMuganli01.jpg

Oooy qardaşım, şəhid qardaşım, oooy


Səid Muğanlının şəhid Qulamrza Əmani üçün dustaqdan yolladığı yazı.


Hey bəylər, ağalar, bu Əmanidir! Eşqiniz qədər dustaq çəkdi və eşqiniz qədər öldü, şəhid oldu, şəhid olundu... Terror şəlpəsi ilə bələmişlər səni indi və biz ölənə kimi Türküz deyə, səni deyə ağlayırıq və mənim gözlərim dustaqda azadlığa ağlayır, sənə ağlayır. Hanı sənlə çiyin-çiyinə yaşadığım o masmavi türk günlərimiz?! Yaman ayırdılar bizi, qardaş... Mən dustaqdayam və sən terror şəlpəsinə bələnərək, ana torpaq qucağına qoyulursan bu gün... Qıynağımızda siçana bənzərləri boğduğumuz günlər hanı, qartal qardaşım?! Uçdun qartal qüruru ilə; mən uçdum, dağlar uçdu. İndi rahat ol, qardaş. Daha vətən uğrunda çırpınan o məzlum ürək susdu. Gövdəsi səngərə dönən Əmani qardaşım susdu. Amma yox... Sən daha artıq dirilirsən düşüncələrimizdə…

Biz vətən məcnunu, el aşiqi, sülh əsgəriyik,
Biz vətən naminə ölsək, dirilərdən diriyik.


Beş il çəkdiyin dustağın bir faizini çəkərək dərdlərini düşünürəm. Sən bu nəslə umud verdin. Dərdlərini köksündə basdırıb öyüdlərini beynimizə tapşırdın. Necə qan ağlamayım bu dərddən indi?! Necə yanmayım axı?! Yalnız özünə yaraşar başsağlığı.


http://www.35000000.info/resim/Muganli-Emani.jpgSənə öz ölümünü başsağlığı verirəm, qardaş. Rahat yat, ömür boyu “can-can” dediyin ana torpağın qucağında. Partlayıram, amma yolunu itirməyəcəyəm. Hey bəylər, ağalar, bu Əmanidir! Eşqiniz qədər dustaq çəkdi və eşqiniz qədər öldü, şəhid oldu, şəhid olundu. Şəhid Əmaninin diriliyini düşünməyənlər barı ölümünü düşünələr keşkə…

Canı ölkəm diləmiş, verməmək olmaz, ey dil,

Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim.


Edəməz tərk Əmani səri-kuyun dostun,


Vətənimdir, vətənimdir, vətənimdir, vətənim.






24 Saatlik Zaman Dilimi +2. Şuan Saat: 12:56.

vBulletin® Sürüm 3.8.4
Telif ©2000 - 2020, Jelsoft Enterprises Ltd. Türkçü Toplumcu Ağalanı'nın tüm hakları Türk Milleti'ne aittir. Kaynak göstererek alıntı yapmak serbesttir.
Türkçü Toplumcu Fikirmeydanı

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56