Türkçü Toplumcu Fikirmeydanı  

Geri git   Türkçü Toplumcu Fikirmeydanı > Basın-Yayın Güncel Konular > Türk Dünyasından Haberler

Cevapla
 
Seçenekler Tarz
Eski 11-08-2008, 13:05   #1
Tanrıkut
Yönetici
 
Tanrıkut - ait Kullanıcı Resmi (Avatar)
 
Üyelik tarihi: Jun 2007
İletiler: 2,177
Varsayılan Rəsmi Tiflis azərbaycanlıları gürcüləşdirir

Millət vəkili Gültəkin Hacıbəyli Nazim İbrahimovun Komitəsini ittiham etdi


Dünən «Hyaatt Recens» hotelində Qafqaz

Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə «Gürcüstan

azərbaycanlılarının təhsil və sosial-iqtisadi problemləri» mövzusunda

dəyirmi masa keçirildi. Tədbiri açan mərkəzin rəhbəri Kamran Ramazanlı

təəssüfləndi ki, Gürcüstanın ölkəmizdəki səfirliyinin rəsmisi və Milli

Məclisin Gürcüstan-Azərbaycan dostluq qrupunun rəhbəri, millət vəkili

Qənirə Paşayeva dəvət olunsalar da, iştirak etmirlər.


«Gürcüstanda hələ də 32 azərbaycanlının qatili tapılmır»

Mərkəz sədri bildirdi ki, son bir neçə ayda Bolnisi rayonunun Arıxlı və Qoçulu kəndlərində məktəb direktorları təyinatı narazılıq yaradıb: «Təsəvvür edin ki, Arıxlı kəndinin 6 min əhvalisi var, amma məktəbə gürcü təyin olunur. Halbuki, bundan əvvəl əhali bir gürcü direktorunu qovmuşdu. Soydaşlarımızı gürcü dilini bilməməkdə ittiham edirlər. Amma heç kim soruşmur ki, Gürcüstan Konstitutsiyasında 80 min abxazın dili ikinci dövlət dili statusu alsa da, yarım milyon azərbaycanlıların bu hüququ niyə tanınmır? Bu münasibətin əsasında Bolnisinin 32 kəndinin adı dəyişdirilərək gürcüləşdirilib. Müstəqillik illərində 32 azərbaycanlı öldürülsə də, cinayətkar tapılmayıb. Bu ölkənin 10-cu sinif üçün «Coğrafiya» dərsliyində azərbaycanlıların bölgəyə iki əsr əvvəl gəldiyi qeyd olunub».

«Borçalı gənclərini Gürcüstan üçün lazımlı kadr olaraq yetişdirməliyik»

Gürcüstanın Marnueli Rayon İcra Hakimiyyətinin başçısının müavini Hüseyn Yusifov soydaşlarımızın problemlərinin çox olduğunu etiraf etdi, amma anoloji durumun Kaxetdə və Acariyada da yaşandığını dedi: «Problemlərin kökündə vətəndaşların cəmiyyətə inteqrasiya oluna bilməməsi dayanır. Vətəndaşları inteqrasiyaya aparan yolda təhsil əsasdır. Əgər soydaşlarımızın sırf Azərbaycan dilində təhsil almasını istəyiriksə, problemin birini özümüz yaradırıq. Ən ağrılı məqam isə gənclərin Borçalını tərk etməsidir. Yəni gənclərə öz dilimzdə təhsil verəcəyiksə, onları Azərbaycan üçün kadr kimi hazırlayırıq. Amma biz gənclərin Gürcüstana lazım olan kadrlar kimi hazırlanmasını istəyirik. Mən Arıxlı kəndində məktəb direktorunun təyinatı ilə bağlı deyilənləri bölüşmürəm. Çünki təyinatda bir həkim soydaşımız əleyhinə olub, qalanları isə neytral qalıb. Ona görə də direktorların təyinatında xüsusi imtiyazı olan Qəyyumlar Şurasını seçəndə də ehtiyatlı olmalıyıq. Mən istərdim ki, Azərbaycan Təhsil Nazirliyi qonşu ölkənin uyğun nazirliyi ilə dərslikləri birgə hazırlasınlar. Adi bir misal: Ermənistan prezidenti Tiflisə gələndə erməni diasporası və soydaşı olan məmurlarla görüşür. Bizdə bunu görmürük».

Akademiklə deputat «toqquşdu»

H.Yusifov soydaşdarımızın torpaqsız olmasını texnikanın yoxluğu, yaxud yararsızlığı ilə izah etdi: «Mən çıxış yolunu azərbaycanlıların fermer təsərrüfatlarının yaratmasında görürəm. Xahiş edirəm, Bakıdakı imkanlı borçalılar və dövlətimiz texnikanın alınmasında kömək etsinlər». Bu məqamda deputat Gültəkin Hacıbəylinin tədbirin mövzusunun təhsil olmasını xatırlatması akademik Camal Mustafayevin etirazı ilə qarşılandı. C.Mustafayev əsl problemlərdən birinin elə kənd təsərrüfatı ilə bağlı olduğunu dedi: «Kimə maraqlı deyilsə, iştirak etməsin. Qoyun dərdimizi bölüşək». Sözünə davam edən H.Yusifov dedi ki, Marneuli rayonunun 31 min hektar torpaq sahəsindən 15 mininin suvarılan ərazisinin 12 mini soydaşlarımızın əlindədir. Bu məlumatın bir daha səslənməsini istəyən G.Hacıbəyli bildirdi ki, onlarda tamam başqa xəbərlərdir. Amma icra başçısının israrından sonra deputat razılaşmalı oldu.

«Gürcülərin ağlı «qaçıb»

Deputat Nəsib Nəsibli təəssüfləndi ki, tədbirdə səslənən fikirləri özümüzdən başqa heç kim eşitmir: «Gürcülər yalan deyir ki, azərbaycanlılar Borçalıya gəlmədir. Heç olmasa, öz tarixi salnamələrini oxusunlar. Keçmiş təhsil naziri Lamaya şovinstin «yekəsidir», indi də Təhlükəsizlik Şurasının katibidir. Hazırki təhsil naziri Nodiya dostumuz olsa da, iki kənd məktəbimizə gürcü direktoru göndərib. Ona görə gürcülərin ağlı «qaçıb» deyə düşünürəm. Əgər soydaşlarımızın üstünə gedirlərsə, separatizm yaradırlar və bu, ağılsız siyasətdir. Təsəvvür edin ki, Azərbaycan büdcəsinin hesabına borçalılara gürcü dilini öyrədirlər. Dünyanın heç birində belə ağılsız addım olmur. Gürcüstan hakimiyyəti hər şeyə pul tapır, bəs öz vətəndaşına gürcü dili öyrədə bilmir? Əgər Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (XYAİDK) sədri Nazim İbrahimov Gürcüstanda azərbaycanlıların məktəblərinin bağlanması təklifini verirsə, qonşu ölkənin təhsil nazirini qınamağa ehtiyac yoxdur».

«Rəsmi Tiflis azərbaycanlıları gürcüləşdirməyə çalışır»

«Qeyrət» Xalq Hərəkatının sədri Ramiz Bəkirov rəsmi Tiflisin Borçalı siyasətinin azərbaycanlıları gürcüləşdirmək olduğunu dedi: «Əgər son illərdə 60 məktəb bağlanıbsa, bu, həmin məqsədin göstəricisidir. Ona görə də Azərbaycan dövləti borçalılara yardım üçün əsaslı proqram hazırlamalıdır. Təsəvvür edin ki, 350 milyonluq Kulevi terminalı tikirlər, amma öz kadrlarımızı cəlb etmirlər. O cümlədən, Bakı-Tiflis-Qars dəmiryolunun, BTC-nin tikintisində də azərbaycanlılar «qara işçi» rolunu oynayır. Halbuki, gürcü didlini bilən çoxlu kadrlarımız var».

«Azərbaycanlıların dilinə status verilməlidir»

Professor Xaləddin İbrahimli Borçalı probleminin hər 30 ildən bir gündəmə gəlməsinin kökündə diqqətin olmamasını gördü: «Ona görə bölgədəki soydaşlarımıza diqqət daim artırılmalıdır. Əks təqdirdə, borçalılar həmişə zərbə altında olacaqlar. Bilirsiniz, gürcü dilini bilmək və təhsilin bu dildə olması fərqli məsələlərdir. Çünki ölkədə əhalinin sayına görə azərbaycanlılar ikinci yerdə olsa da, Konstitutsiyada ikinci dil 80 min abxazın dilidir. Ona görə də biz Azərbaycan dilinə regional dil statusunun verilməsi tələbini irəli sürməliyik».

«Azərbaycan olmasa, Gürcüstan məhv olar»

Deputat G.Hacıbəyli problemin Azərbaycan ictimai-siyasi gündəminin prioritetinə çevrilməsinin məqsədəuyğun olduğunu bildirdi: «Bütün məsələlərdə olduğu kimi bu problemə də yanaşmada qavrayış «çiy»dir. Bəli, Gürcüstan səfirliyinin nümayəndəsi dəvət edilsə də, gəlməyib. Amma gələcək tədbirlərdə onlar yalvara-yalvara gələcəklər. Düzdür, bu tədbirə XYAİDK nümayəndəsi də dəvət edilmişdi, amma gəlməyiblər. Gəlsəydilər belə problem yaranacaqdı. Çünki Komitənin işi görünmür. Gəlin, səmimi etiraf edək ki, Azərbaycan olmasa, bu ölkə məhv olar. Bunu onlara demək lazımdır. Ona görə də rəsmi Tiflis borçalıların hüquqlarına hörmətlə yanaşmalıdır. Biz Gürcüstanın ərazi bütövlüyünü AŞ PA-da həmişə dəstəkləsək də, onların nümayəndəsindən bu qarşılıqlı münasibəti görməmişik».

Natiq CAVADLI

07.11.2008 http://www.35000000.info/habergorunt...=1245&katid=59
__________________
Türküz,Türkçüyüz,Atatürkçüyüz!
Tanrıkut isimli Üye şimdilik offline konumundadır   Alıntı ile Cevapla
Cevapla

Seçenekler
Tarz

Yetkileriniz
Konu Açmaya Yetkiniz Yok
Cevap Yazma Yetkiniz Yok
Eklenti Yükleme Yetkiniz Yok
İletinizi Değiştirme Yetkiniz Yok

BB code is Açık
Smileler Açık
[IMG] Kodları Açık
HTML-Kodu Kapalı

Fikirmeydanı Kuralları
Hızlı Erisim


24 Saatlik Zaman Dilimi +2. Şuan Saat: 12:51.


vBulletin® Sürüm 3.8.4
Telif ©2000 - 2020, Jelsoft Enterprises Ltd. Türkçü Toplumcu Ağalanı'nın tüm hakları Türk Milleti'ne aittir. Kaynak göstererek alıntı yapmak serbesttir.
Türkçü Toplumcu Fikirmeydanı
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56